|
Ərdoğandan kritik açıqlama - Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edildi

Xəbər verdiyimiz kimi iyulun 20-də Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkədəki hərbi çevriliş cəhdindən sonra keçirilən ilk iclası keçirilib.

4 saat 40 dəqiqə davam edən iclas sonrası ölkə prezidenti Ərdoğan media mənsubları qarşısına keçərək, iclasda alınan qərarlar barədə açıqlamalar verib.
Prezident bildirib ki, ölkədə 3 ay müddətində fövqəladə vəziyyət elan edilib. 
Cia.az