Xəzər dənizinin Azərbaycan sahillərində 3 nəfər batıb.
Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Dənizdən 25-26 yaşında olan naməlum qadın cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər batanların axtarışları davam etdirilir.
Cia.az
