|
“Qafqaz” Universiteti bağlandı

“Qafqaz” Universitetinin təsisçisi Azərbaycanın Təhsil Nazirliyinə müraciət edərək, bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Təhsil Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq İşçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Cia.az