|
Mərkəzi Bank İrana kredit verəcək -

“Azərbaycan Mərkəzi Bankının İrana 500 milyon dollarlıq kredit verməsi məsələsi müzakirə edilir.”

Bunu İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin deyib.

O, məsələ ilə əlaqədar İşçi qrupun yaradıldığını söyləyib: “Bununla əlaqədar yaradılmış İşçi qrupun vəzifəsi sözügedən məbləğin necə və nə vaxt yatırılmasına dair müzakirələr aparmaqdır. Müzakirələr barədə elan ediləcək.”

Səfir İşçi qrupun gələn həftə Azərbaycana səfər edəcəyini də əlavə edib.

Qeyd edək ki, Azərbaycan-İran Müştərək komissiyası Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən İran tərəfinə 500 milyon dollar verilməsi və onun şərtlərini müzakirə edəcək.(salamnews.org)

Cia.az