|
Bakıda qardaş 25 yaşlı bacısını bıçaqladı

Paytaxtda qardaş bacısını bıçaqlayıb. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramiləyə bıçaqla çoxsaylı xəsarət yetirib.

R.Əhmədov tutulub. Faktla bağlı araşdırma aparılır.