|
Sabirabadda gənc qadını elektrik cərəyanı vurdu

Bu gün Sabirabad rayonunun Muradbəyli kəndində bədbəxt hadisə baş verib.

Virtualaz.org saytının Şirvan bürosuna kənd sakinlərinin verdikləri məlumata görə, 31 yaşlı kənd sakini Almaz İsgəndərova Kür çayının sahilində olan elektrik mühərriki vasitəsilə bağlarına su vurmaq istəyərkən ehtiyatsızlıq ucbatından onu elektrik cərəyanı vurduğundan, çaya yıxılaraq suda batıb.

Hazırda bədbəxt hadisə nəticəsində həyatını itirmiş qadının cəsədinin tapılaraq sudan çıxarılması üçün FHN-in Dövlət Sularda Xilasetmə Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə gəliblər.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Cia.az