|
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Türkiyədə keçirilməli olan görüş təxirə salınıb

ATƏT-in Minsk qrupu həmsədrlərinin Türkiyədə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçirilməli olan görüşü təxirə salınıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

"Hazırda növbəti görüşün vaxtı üzərində işləyirik", - deyə o bildirib