|
BMT: 4 minə yaxın insan ölüb

Ukraynanın cənub-şərqində silahlı münaqişə başlanandan bu günədək 3 600 nəfər ölüb, 8 500 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin bu gün yaydığı açıqlamasında bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, sentyabrın 19-da münaqişə tərəflərinin atəşkəsə dair bəyannamə imzalamalarına baxmayaraq, Ukraynanın şərqində hərbi əməliyyatlar davam edir.