|
"Aşk laftan anlamaz" yayımlanmayacaq

Hande Erçel və Burak Denizin baş rolda oynadıqları "Aşk laftan anlamaz" serialından yeni xəbər var. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, "Show TV"də efirə gedən ekran işinin yeni bölümü yayınlanmayacaq. 

Serialın rejissoru Burak Sağyaşar bu haqda sosial şəbəkədə yazıb:

"Dəyərli izləyicilərimiz, bu gün axşam serialımız efirə getməyəcək. Bu qərarı "Show TV" alıb. Bizi başa düşdüyünüz üçün təşəkkürlər".