|
Ərdoğanın daha bir müşaviri saxlanıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daha bir müşaviri i saxlanıb.

"Report" xəbər verir ki, podpolkovnik Erkan Kıvrak Antalya şəhərinin Serik rayonundakı otellərdən birində istirahət edərkən saxta kimliklə yaxalanıb.

E.Kıvrak istintaq tədbirlərinin aparılması üçün Ankaraya göndərilib.