|
Rusiyaya 17 ton alça və şaftalının ixracına icazə verilməyib

Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin müfəttişləri Azərbaycandan daxil olan 5 min 100 kq. şaftalı və 12 min 500 kq. alçanın idxalına icazə verməyiblər.

Yükün saxlanılmasına Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialının qərarı səbəb olub.

İdarə məhsulda zərərli obyektin - şərq alma qurdunun (GrapholihamolestaBusck) aşkar edilməsi faktını təsdiq edib.

Yük sahibi "Bitkilərin karantini haqqında" qanunun 15-ci maddəsini pozub və inzibati məsuliyyətə cəlb olunub. ("Report")

Cia.az