|
Bakıda 57 yaşlı qadın intihar edib

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, ev 4A ünvanında qeydə alınıb.

1959-cu il təvəllüdlü Xalidə Əliquliyeva özünü yaşadığı binanın 13-cü mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən istintaq aparılır. (“Report”)