Türkiyədə baş tutmayan hərbi çevrilişlə bağlı həbslər və təhqiqat bütün sürətilə davam edir.
Musavat.com-un Türkiyə mediasına istinadən yaydığı məlumata əsasən polis İstanbulun Yeşilköy səmtində yerləşən Hərbi hava məktəbində əməliyyat keçirir.
Hazırda məktəbdə və məktəb yataqxanalarında yoxlamalara başlanılıb.
Təhqiqatın təhlükəsizliyinin təmin olunması məqsədilə çoxlu sayda xüsusi təyinatlı polis nəfərləri (özəl harekat) cəlb olunub.
Cia.az
