“Həsən Kərimovu yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının tabeliyində olanlar maraqlandırır”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının Məclis üzvü Mustafa Hacıbəyli AXCP sədrinin müavini Həsən Kərimovun “Müsavat partiyası ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz” fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Müsavat ümumiyyətlə, müxalifətin əməkdaşlığının tərəfdarıdır: “Həsən Kərimovu isə yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının tabeliyində olanlar maraqlandırır”.
Qeyd edək ki, AXCP-nin sədr müavini Həsən Kərimov “Azad xəbər”ə açıqlamasında 2015-ci il parlament seçkilərində “Müsavat partiyası ilə hansısa əməkdaşlıqdan söhbət gedə bilməz” sözlərini deyib.
