Yay aylarında çimərlikdə ən gözəl qadın olmaq, bikinidə qüsursuz görünmək hər qadının xəyalıdır. Ancaq bu xəyalı gerçəkləşdirmək hər zaman mümkün olmur. Unutmayın ki, bədən ölçünüzə tam uyğun, doğru bikini seçimi ilə özünüzü daha rahat hiss etməniz mümkündür. Aile.lent.az bikini seçərkən diqqət etməli olduğunuz məqamları təqdim edir.
Assimetrik kəsim bikinilər tək bir nöqtəyə diqqət çəkmədiyi üçün olduqca işinizə yarayacaq. Yanlarındakı boşluqlar belinizi incə göstərəcək, artıq çəkinizi gizlədəcək.
Yüksək kəsimli modellər bədəndəki artıqları gizlətməyin ən yaxşı yoludur. Bədəninizi toplayaraq, narahat olduğunuz bölgəni gizlətmənizə yardım edəcək.
Bikini seçimində ən mühüm detal omba hissənin kəsimidir. Dərin kəsimli modellər ayaq boyunuzu uzun göstərərkən, orta ölçüdə olanlar omba bölgənizi daha ətli göstərəcək.
