|
Boyadan yanan saçlar üçün MASKA

Boyadan yanan saçlar zamanla canlılığını itirərək daha pis görünüş qazanır. Aile.lent.az korlanmış saçların daha baxımlı görünməsi üçün maskalar təqdim edir.

Maska -1.

4 yemək qaşığı jojoba yağı

2 çay qaşığı bibəriyə yağı

1 çay qaşığı ətirşah çiçəyi yağı

Bunları qarışdırıb nəmli saçlarınıza masaj edərək tətbiq edin. 15 dəqiqə saxlayıb şampunla yuyun.

Maska - 2.

1 ədəd yumurta

2 çay qaşığı ərik yağı

5 yemək qaşığı Hindistan qozu yağı

Əvvəl yumurtanı yaxşıca çırpın, sonra qalan ərzaqları içinə qatın. Uclarına daha çox vuraraq bütün saçınıza yeridin. 20 dəqiqə saxladıqdan sonra saçınızı şampunla yuyun.

 

Maska - 3.

1 ədəd banan

1 yemək qaşığı bal

Püre halına gələn bananın içinə bal əlavə edin. 20 dəqiqə saxladıqdan sonra saçlarınızı ilıq su ilə durulayın və şampunla yuyun.

Maskaları həftədə 2-3 dəfə edin.

Cia.az