|
"Düdelanj" - "Qarabağ": hakimlər bəlli oldu

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Düdelanj"la keçirəcəyi cavab qarşılaşmasının hakimləri məlum olub.

Qol.az-ın məlumatına görə, Lüksemburqun "Jos Nosbaum" stadionunda keçiriləcək görüşü şotlandiyalı Kevin Klansi idarə edəcək. 

Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. 

Oyunun dördüncü hakimi Robertson Donald olacaq.

Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq.

Qeyd edək ki, iyulun 20-də keçiriləcək "Düdelanj" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.