Madrid “Real”ının futbolçusu Qaret Beyl sevgilisi Emme Ris Consla evlənməyə hazırlaşır.
Uelsli futbolçu bu barədə şəxsi “tvitter” səhifəsində yazıb.
“O, mənə “hə” dedi. Bu bazar gününü heç vaxt unutmayacam” – deyə o qeyd edib.
Məktəbli vaxtlarından tanış olan cütlüyün iki qız övladı var. Bunlar 3 yaşlı Alba Violetta və martda dünyaya gələn Nava Valentinadır.
Cia.az
