|
“Real” Şimali Amerikada keçirəcək təlim-məşq toplanışına aparacağı futbolçuların adını açıqlayıb. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün Kanadaya yola düşəcək və sabahdan Monreal şəhərində məşqlərə başlayacaq. Müdafiəçilər: Danilo, Rafael Varan, Marselo, Daniel Karvaxal, Naço Fernandes, Filipp Linxart, Alvaro Texero, Əşrəf Hakimi. Yarımmüdafiəçilər: Kazemiro, İsko, Mateo Kovaçiç, Markos Lyorente, Marko Asensio, Martin Edeqor, Enso Zidan, Aleyş Febas. Hücumçular: Kərim Benzema, Xese Rodriqes, Borxa Mayoral, Mariano Dias. Qeyd edək ki, Şimali Amerikada təlim məşq toplanışı çərçivəsində “Real” qatılacağı beynəlxalq turnirdə PSJ, “Çelsi” və “Bavariya” ilə qarşılaşacaq. Cia.az
|
