|
"Elm haqqında" qanun layihəsi müzakirə ediləcək

Bu gün Milli Məclisin Elm və təhsil Komitəsində “Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Modern.az saytının məlumatına görə bu gün saat 11:00-da Milli Məclisdə sözügedən qanun layihəsi müzakirə ediləcək. Müzakirədə dövlət qurumlarının nümayəndələrinin də iştirakı gözlənilir.
Qeyd edək ki, uzun müddətdir “Elm haqqında” qanun bir neçı dəfə gündəmə gəlsə də, hələ ki, qəbul olunmayıb.