Türkiyədə dövlət çevrilişinə cəhd təşəbbüsləri haqda xəbərlər yayılıb. Hazırda Türkiyə televiziyaları bu barədə canlı yayın verməkdədir. Oradan da görünür ki, Ankara küçələrində tanklar küçələrə çıxıb, helikopterlər havaya qaldırılıb. Türkiyənin baş naziri Binali Yıldırım televiziyalara açıqlama verib və deyib ki, bu, bir hərbi üsyandır. Bir qrup əskəri qrup özbaşına təşəbbüs göstəriblər.
İstanbulda 2 körpü jandarma qüvvələri tərəfindən bağlanılıb
İstanbulda da hərəkətli anlar yaşanır.
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, İstanbulun Boğaziçi körpüsü və Fateh Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən istiqaməti jandarm əməkdaşları tərəfindən bağlanılıb.
Reuters agentliyinin məlumatına görə, paytaxt Ankarada silah səsləri eşidilib. Ankara səmalarında helikopterlər uçur.
Türk Silahlı qüvvələrinin qərərgahından isə yayılan e-postda vurğulanır ki, hərbiçilər ölkə yönətiminə əl qoyub, bütün yetkiləri üzərinə götürüb. Bütün mediaya gələn e-postada iddia olunur ki, Türkiyədə asayişi yenidən təmin etmək üçün dövlətin idarəetməsinə hərbçilər əl qoyub.
Canlı yayımı bu linkdə izləyə biləriniz:
http://www.ntv.com.tr/canli-yayin/ntv 