|
Amerikalı həmsədr bir daha Əliyev-Sarkisyan görüşü haqda -

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşünü mümkün qədər tez təşkil etmək istəyirlər.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu ABŞ-dan olan həmsədr Ceyms Uorlik deyib.

“Baxmayaraq ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı müəyyən edilməyib, ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri kimi həmin görüşün mümkün qədər tez təşkil olunmasına çalışırlar”, - deyə C.Uorlik vurğulayıb.

Cia.az