|
“Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi

Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Püşk nəticəsində Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.

Ağdam komandası Lüksemburq "Düdelanj"ını üstələsə, Çexiya "Viktoriya"sı ilə üz-üzə gələcək.

Türkiyə təmsilçisi "Fənərbağça" isə Fransa "Monako"suna rəqib olub.