İki gün bundan öncə Şəki rayonunda sel sularının təsirindən yuyularaq sıradan çıxan yol bərpa olunub.
Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Dağlara yağan aramsız leysan yağışları nəticəsində Biləcik çayına gələn güclü sel səbəbi ilə Cunut kəndinə gediş-gəliş çətinləşmişdi. Dərhal əraziyə “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunmuşdu. Qısa müddət ərzində sel suları nəticəsində yuyularaq sıradan çıxmış yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeydedəkki, sonaylar ərzində intensivyağıntılarvə selsuları nəticəsində Daşkəsən, Gədəbəy, Qazax, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digərrayonlardaavtomobilyollarınaziyandəymiş, Bakı - Şamaxı - YevlaxavtomobilyolununQobustan, Şamaxı rayonları ərazisindənkeçənhissəsində, Ağsudolaylarında, Muğanlı - İsmayıllı, Lənkəran - Lerik, Masallı – Yardımlı, Basqal-Sulutvə digəravtomobilyollarındatorpaqsürüşmələridahadaaktivləşdiyindənavtonəqliyyatvasitələrininhərəkətində qısamüddətliproblemləryaranmışdı. “Azəravtoyol” ASC tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən ərazilərdə hərəkətin fasiləsizliyi təmin olunub.
