Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilirb.
Qol.az-ın məlumatına görə, təmsilçilərimizdən ilk olaraq meydana "Neftçi" çıxıb.
Vəli Qasımovun komandası evdə Makedoniya təmsilçisi "Şkendiya"nı qəbul edib. İlk mərhələdə "Baltsan"ı (Malta) çətinliklə keçən "Neftçi"nin bu oyunda heç-heçə edib -0:0.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 21-də Makedoniyada keçiriləcək.
14 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu
20:00. "Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya) - 0:0 Baş hakim: Sergey Sinkeviç
Köməkçi hakimlər: Yevgeni Romanov və Vitali Malyutin
Dördüncü referi: Viktor Şimusik (hamısı Belarus)
Bakı. 8-ci km qəsəbə stadionu.
Cia.az
