|
Rəqsanə 48 kiloqram oldu - fotolar

Müğənni Rəqsanə İsmayılova arıqlayıb 48 kiloqram olub. 

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda sosial şəbəkərə yazıb. 

O, uzun müddətdir ciddi pəhriz saxladığını vurğulayıb:

“Məncə 48 kiloqram bəs edər. Belə getsə, yoxa çıxacam. Artıq neçə aydır çox şeyə “stop” demişəm. Heç onları istəmirəm də”.

Qeyd edək ki, R.İsmayılova hamilə qalmış, daha sonra övladını itirmişdi. Sənətçi hamiləlik ərəfəsində kökəlib 67 kiloqram olduğunu açıqlamışdı. 

O, pəhriz saxladığını, xəmir xörəklərindən, şirniyyatdan və çörəkdən imtina etdiyini deyib. R.İsmayılova bütün günü duzsuz xiyar, pomidor və alça yeyir, su içir.