|
Məşhurların açdığı restoranlar - Siyahı
Çoxlu dostlarına arxayın olub restoran və əyləncə işində də uğur qazanacağına inanan məşhurlar az deyil. 

Axşam.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, tanınmışlar seriallardan, işlərindən, konsertlərdən qazandıqları pulları müxtəlif işə sərf edirlər. 

Restoran sahibi olan tanınmışların siyahısını təqdim edirik:

1. Qamze Karaman - "Müzeyyen"

Aparıcı və aktrisa Qamze bacısı ilə birlikdə balıq restoranı açıb. Burada bir çox məşhuru görmək mümkündür.



2.İbrahim Tatlısəs - "Tatlısəs kəbab"

İfaçı urfalı kəbabdan sonra çiy köfte işinə başlayıb. İbrahim Türkiyənin dörd bir yanında restoran açıb.



3. Bergüzar Korel - "Not cust coffee"

Seriallardakı obrazları ilə sevilən aktrisa qəhvə kafesi açıb. Restorana gələn qonaqlara qəhvə ilə yanaşı Bergüzarın hazırladığı qurabiyələr də təqdim olunur.



4. Erkan Petekkaya - "Mest et"

Aktyorun sahibi olduğu restoranda dadlı ət yeməkləri hazırlanır.



5. Arda Turan - "Arşiv"

Futbolçu qazandığı pulu qida işinə sərf edib. "Simit Sarayı"nın bəzi şöbələrinə şərik olan Arda "Arşiv" adlı bir restoran da açıb. Buranın mətbəxində orqaniq ərzaqlardan türk yeməkləri hazırlanır.