|
Bakı metrosunda Azərbaycan kinosu

"Bakı Metropoliteni" QSC Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə "Metro Gallery" layihəsi çərçivəsində növbəti sərgisini təşkil edəcək.

Bu barədə milli.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, sərgi Azərbaycan kinematoqrafiyasına həsr olunub: "Sərgidə köhnə Azərbaycan filmlərindən kadrlar və çəkiliş prosesindən kadrarxası maraqlı fotoşəkillər nümayiş olunacaq.

Maraqlananlar iyulun 15-dən metronun "Gənclik" stansiyasının keçidlərində sərgi materialları ilə tanış ola bilərlər. Sərginin açılış mərasimi saat 11:00-da olacaq".