|
Bakıda 27 yaşlı oğlan özünü öldürdü

Paytaxtda intihar hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun M. Hadi küçəsi, ev 111, mənzil 77 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1989-cu il təvəllüdlü Anar Çərkəz oğlu Camalov çoxlu sayda dərman qəbul edərək özünə qəsd edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.