|
Məşhur amerikalı basketbolçu Lebron Ceyms "facebook" sosial şəbəkəsindəki paylaşımı ilə diqqət çəkib. Qol.az-ın məlumatına görə, "Klivlend"in basketbolçusu hazırda ABŞ-da təlim-məşq toplanışında olan İngiltərənin "Liverpul" klubunda oynamaq istədiyini gizlətməyib: Səhifəsində "baş məşqçi Klopp və "qırmızılar". Sizin qərb sahillərində olduğunuzu eşitməyimə görə şadam. Əgər kömək lazım olsa, oynamağa hazıram" sözlərini yazan Ceyms adının əks olunduğu 6 nömrəli "Liverpul" formasını da paylaşıb. Qeyd edək ki, "Liverpul" klubu ABŞ-dakı toplanış çərçivəsində iyulun 27-də "Çelsi", 3 gün sonra isə "Milan"la qarşılaşacaq. |
