|
Çempionlar Liqasında qrup mərhələsi nə vaxt başlayacaq?

Çempionlar Liqasında qrup mərhələsinin və finalının vaxtı müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qrup mərhələsinin oyunlarına sentyabrın 13-cü start veriləcək.

ÇL-in final isə 2017-ci il iyunun 3-ü Uelsin paytaxtı Kardiffdə yerləşən "Millenium" stadionunda keçiriləcək.