“Eurovision 2011” qalibi Nigar Camal sosial şəbəkədə ünvanına yazılan təhqirlərə sərt cavab verib.
Axşam.az-ın məlumatına görə, müğənni ötən il keçirdiyi avtomobil qəzasını xatırladaraq bunları qeyd edib:
“Keçirdiyimiz avtomobil qəzasından bir il ötdü. Bəzən zarafata salıb gülürük, amma o anları heç düşmənimə də arzulamıram. Axmaq insanların danışdıqları və yazdıqları... Nə qədər gərək için murdar ola ki, “əcəb oldu” deyə biləsən.
Əslində qəzanın niyə olduğunu sadəcə, çox yaxınlarımız bilir. Mən bir nəticə çıxardım: Maşınla, sürətlə zarafat olmaz, məsafəni həmişə qorumaq lazımdır. Allah qoruyanda qoruyur.
Bu sosial şəbəkədə mollalıq edən dindarların sayı 313-ü keçib. Kim cənnətlikdir, kim cəhənnəmlikdir yaxşı bilirlər. Allah bizimlə olsun, qalanlarını boş verək”.
