Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Musavat.com xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
24 yaşlı Azad Məcidov qəsəbənin Abbasov küçəsində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilib. Müayinə zamanı həkimlər Azad Məcidovun qarın nahiyəsində çoxsaylı bıçaq xəsarətlərinin olduğunu müəyyən ediblər. Əməliyyat olunan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verilib. Azad Məcidovun vəziyyəti ağır olduğundan, onun ifadəsini almaq mümkün olmayıb. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.
