|
Xəzər dənizində zəlzələ baş verib
Xəzər dənizində 3,3 bal gücündə zəlzələ baş verib.
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22:23-də, 30 kilometr dərinlikdə qeydə alınıb.
 
Zəlzələ hiss olunmayıb.
Cia.az