|
Tofiq Yaqublu üçün İlham Əliyevə müraciət

“Yeni Müsavat” rəhbərliyi siyasi məhbus Tofiq Yaqublu üçün prezident İlham Əliyevə müraciət edib.

CİA.Az musavat.com-a istinadən xəbər verir ki, məlumatı qəzetin baş redaktoru Rauf Arifoğlu təsdiqləyib. O bildirib ki, Azərbaycan prezidentinə T.Yaqublunun və digər jurnalistlərin azadlığa buraxılması ilə bağlı müraciət edib: “Müraciəti Əfv Komissiyasına təqdim etmişik. Ümid edirəm ki, sözümüz yerə düşməyəcək”.