|
Siciliya mafiyasının başçısı həbsxanada öldü

Məşhur Siciliya mafiozu Bernardo Provensano Milan həbsxanasında, 83 yaşında vəfat edib.

BBC bildirir ki, faktiki olaraq bütün Siciliya mafiyasının lideri olan mafioz həbsxanada 10 il keçirib. O, bir neçə ağır cinayətə görə 2006-cı ildə ömürlük həbs cəzasına məhkum olunub. O cümlədən, 1992-ci ildə iki məhkəmə hakimini qətlə yetirdiyinə görə.

Bunadək Bernardo Proventsano 43 il ərzində hüquq-mühafizə orqanlarından gizlənə bilib. Həbsinə qədər polisin əlində onun 1959-cu ildə çəkilmiş cəmi bir fotosu olub.

İtalyan mətbuatının məlumatına görə, mafioz sidik kisəsi xərçəngindən əziyyət çəkirmiş. Son iki ili o, həbsxananın xəstəxanasında keçirib.

Bernardo Provensano insanları qəddarcasına qırdığına görə "Traktor Binnu" ləqəbini almışdı.