|
Rusiya vətəndaşı Bakı sakininin 147 min dollarını mənimsəyib

Bakı sakininə qarşı 147 min dollarlıq dələduzluq edilib.

57 yaşlı paytaxt sakini Vilayət Abdullayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ilin oktybr ayında Rusiya Fedarasiyasının vətəndaşı, 1967-ci il təvəllüdlü Saməddin Seyfullayev onu aldadaraq 147 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır. (“Report”)