|
“Ərim məni kökəldir...” dedi və boşandı
İngiltərədə yaşayan 31 yaşlı Terin Rayt adlı qadın çox maraqlı bir səbəbə görə boşanıb.
 “Evlilik məni kökəldir” deyən gənc qadın məhkəməyə müraciətində də bunu əsas gətirib və rahatca boşanıb. O, boşanandan sonra düz 45 kilo verib. Dediyinə görə, evliliyi yolunda getmədiyi üçün 38 bədəndən 46 bədənə qədər kökəlibmiş. Rayt boşanan kimi pəhrizə və idmana başlayıb. Hazırda isə bədən ölçüsü 32-dir. O, bildirib ki, evlənənə qədər çəkisindən razı olub. Amma evlənəndən sonra bütün həyatı dəyişib: “Yaşadığım stress çəkimə də təsir göstərdi. Ərim evdə olmayanda hər zaman pizza və şokolad yeyirdim. Çünki çox darıxırdım”. 

Gənc qadının sözlərinə görə, subay olmağın verdiyi azadlıq hissi onu çəkisini azaltmaq üçün motivasiya edir. Rayt söyləyib ki, bir daha evlənmək istəmir.