|
Qətl törətməkdə ittiham olunan Firdovsi Mustafayev Rusiyada ələ keçdi

Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 4-dən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Firdovsi Mustafayev Rusiya Federasiyasında saxlanılıb.

Onun ekstradisiyası üçün tədbirlər görülür.

Cia.az