Avropa Məhkəməsi daha 5 iş üzrə kommunikasiya başlayıb.
Bu barədə vəkil Fariz Namazlı öz facebook səhifəsində yazıb. Vəkilin yazdığına görə, bunlar İntiqam Əliyev və Ənnağı Hacıbəylinin 2006-cı ildə Vəkillər Kollegiyasına üzv qəbul edilməsindən imtina olunması, Xalid Bağırovun Vəkillər Kollegiyasından çıxarılması ilə bağlıdır. İ. Əliyev və Ə. Hacıbəylinin işi üzrə Konvensiyanın 6.1, 10-cu və 34-cü maddələrinin, X. Bağırovun işi üzrə həm də 8, 10 və 18-ci maddələrinin pozuntusu halları araşdırılır.
Digər iş isə CM-nin 234.1-ci maddəsi üzrə məhkum edilmiş Dursun Əliyevin şikayəti üzrədir ki, burada Konvensiyanın 6.1 və 6.3-cü maddələrinin pozuntusu iddia edilir.
Digər iş də jurnalist Həkimeldostu Mehdiyevin 2011-ci ildə məhkum edilməsi ilə bağlıdır.
Avropa Məhkəməsi iyulun 1-də Azərbaycanla bağlı 18 iş üzrə qərar vermişdi. Həmin qərarlarla şikayətçilərə,bərabər bölünməklə, ümumilikdə 165 min avro kompensasiya müəyyən edilib.
Cia.az
