|
Məşhur müğənniyə şərti həbs cəzası verildi

Tanınmış opera müğənnisi Monserat Kabalye həbs olunmaqdan möcüzə sayəsində qurtularaq şərti cəza alıb. Müğənni vergidən yayınmağa görə azadlığını itirmək təhlükəsi ilə üzləşmişdi. Buna baxmayaraq o, borcunu və xeyli miqdarda cərimə ödəyərək ictimaiyyət qarşısında hesabat verəcək.

CİA.Az AzərTAc-a istinadla xəbər verir ki, Kataloniya xəzinəsi Kabalyenin 2010-cu ildə məbləği yarım milyona çatan vergi borclarını ala bilməyib. Dövlətə yaranmış vergi borcunu xeyli azaltmaq üçün məşhur opera müğənnisi Andorrada yaşamaq haqqı əldə etsə də, Barselonadan heç yerə köçməyib.

Buna baxmayaraq Monserat Kabalye demək olar ki, 9 ay günahını boynuna almır, real qazancını gizlədir, Andorraya köçməməsini isə səhhəti ilə əlaqələndirirdi. Yalnız bu yaxında müğənni günahını etiraf etmək qərarına gəlib və buna görə də məhkəmə onun cəzasını yüngülləşdirib. Kabalye 6 ay şərti azadlıqdan məhrumetmə (İspaniyada iki ildən aşağı həbs cəzalarının hamısı şərtidir) və 240 min avro cərimə cəzasına məhkum olunub.