|
Beynəlxalq Bankın Gürcüstandakı törəməsinin rəhbərliyində dəyişiklik olub

"Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan" SC-nin rəhbərliyində dəyişiklik olub. "APA-Economics" xəbər verir ki, bankın baş direktor müavini Əli Haqverdiyev işdən çıxarılıb. Onu Şalva Qoduadze əvəzləyib. Gürcü mütəxəssis baş maliyyə direktoru kimi fəaliyyət göstərəcək. Cia.az