|
"Qarabağ" ilk oyununa çıxır

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

Qol.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" turnirdə ilk matçına çıxacaq.

Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.

12 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu

21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) 
Baş hakim:
 Orel Qrinfild 
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni 
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)

Cia.az