Portuqaliyanın prezidenti Marselu Rebelu de Souza "Avro-2016"nın qalibi olan ölkənin futbol milli komandasını qəbul edib.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, prezident sarayında qəbul edilən yığmanın üzvləri "Şərəf" ordeni ilə təltif olunub.
De Souza futbolçuların əməyini yüksək qiymətləndirərək belə deyib: "Biz Avropanın ən güclüsüyük. Siz kişilik, qətiyyət və səbr nümayiş etdirməklə nümunə oldunuz".
Qeyd edək ki, "Avro-2016"nın finalında Fransaya 1:0 hesabı ilə qalib gələn Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.
