|
Çempionlar Liqasında II mərhələ həyəcanı

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

Qol.az-ın məlumatına görə, bu axşam Azərbaycan çempionu "Qarabağ"ın "Düdelanj"la oyunu ilə yanaşı, daha 9 qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Zrinski” (Bosniya və Herseqovina) evdə "Legiya” (Polşa) ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları iyulun 19 və 20-də keçiriləcək.

12 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu

20:30. “Zrinski” (Bosniya və Herseqovina) - "Legiya” (Polşa)

21:00. "Dinamo” (Tiflis, Gürcüstan) - “Alaşkert” (Ermənistan)

21:00. "Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq)

21:50. “Hapoel” (Beyer-Şeva, İsrail) - "Şerif” (Moldova)

22:00. BATE (Belarus) - SJK (Finlandiya)

22:00. “Linkoln” (Cəbəllütariq) - "Seltik” (Şotlandiya)

22:00. TNS (Uels) - APOEL (Kipr)

22:00. “Valletta” (Malta) - "Srvena Zvezda” (Serbiya)

22:30. "Zalsburq” (Avstriya) - “Liepaya” (Latviya)
 
22:45. “Vardar” (Makedoniya) - "Dinamo” (Zaqreb, Xorvatiya)