Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana işgüzar səfərə gəlir.
Virtualaz.org Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki,səfər çərçivəsində Sergey Lavrovun iyulun 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Rusiya XİN rəhbərinin Azərbaycana səfəri iki gün davam edəcək.
