Bakı sakininə qarşı 500 min dollarlıq dələduzluq edilib.
lent.az-ın Report-a istinadən xəbərinə görə, 45 yaşlı paytaxt sakini Səadət Abdullayeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ilin may ayında 1970-ci il təvəllüdlü Malik Baxşəliyev onu aldadaraq 500 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
