|
Neftçalada 13 yaşlı oğlan atdan yıxılaraq xəsarət aldı

Bu gün Neftçala rayonu, Aşağı Qaraimanlı kənd sakini olan uşaq çöldə atdan yıxılaraq xəsarət alıb.

Virtualaz.org saytı Şirvan bürosunun verdiyi məlumata görə, 2003-cü ildə anadan olmuş Fərəcov Toğrul İlham oğlunun ailəsi heyvandarlıqla məşğuldur və o, çöldə mal-qara otardığı vaxt mindiyi atı çapmaq istəyərkən at onu yerə çırpıb.

Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan uşağa ilkin tibbi-yardım göstərilib və o, travmatologiya şöbəsinə yerləşdirilib.Vəziyyəti qənaətbəxşdir.