|
Ərini öldürüb başını kəsdi

Meksikada bir qadın ərini dəhşətli şəkildə öldürüb.

ANS PRESS-in məlumatına görə, Meksikada yaşayan 40 yaşlı psixoloq Mariya Alexanda Lafuente Kaso əri tərəfindən tez-tez döyüldüyü üçün başını kəsərək onu öldürüb.

Cinayətin üstünü parkda oynayan uşaqlar açıblar. Onlar oyun oynayarkən qəfildən kəsik başa rast gəliblər və dərhal valideynlərinə, valideynləri isə polisə məlumat verib.

Polisin araşdırması nəticəsində yaxalanan qadın izahat verib. O, ərinin suyuna yuxu dərmanı qatdığını, daha sonra isə onun başını bıçaqla, bədənini bir neçə yerini isə elektrik mişarı ilə kəsdiyini bildirib. Hissələrə ölünmüş cəsədi isə paytaxt Mexikonun müxtəlif yerlərinə atıb.

Qeyd edək ki, cinayətkar qadının bundan əvvəl də sevgili olduğu bir kişiyə bıçaqla hücum edərək yaraladığı bildirilir.