|
Sarkisyan NATO sammitindən sonra Qarabağa gəlir

Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun Varşavadakı sammiti çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.

Virtualaz.org bildirir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Belə ki, bizim də xəbər verdiyimiz kimi, S.Sarkisyan Dağlıq Qarabağ münaqişəsini orada ABŞ Dövlət Departamentinin katibi Con Kerri, və Fransa prezidenti Fransua Ollandla müzakirə edib.

“Varşavadan sonra- iyulun 16-da Serj Sarkisyan “mövqelərdə monitorinq aparmaq üçün” yenidən Qarabağa yollanacaq”, - deyə erməni nəşri yazıb.

Cia.az